Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
“Mercedes” şirkəti C111 superavtomobilinin prototipini hərraca çıxarır.
Avtosfer.az xəbər verir ki, pazşəkilli kuzova malik avtomobil 1969-cu ildə hazırlanmağa başlayıb.məqsəd məşhur 300SL modelinə varis hazırlamaq idi.
Layihə çərçivəsində maşınlardan biri rotor mühərriklə təchiz edilib. Vankel mühərriki sayəsində maşın 300 km/saat sürətə çata bilsə də, sərfiyyat çoxluğuna görə layihədən imtina edilir.
Bununla belə, 1973-cü ildə dayandırılan layihəyə o vaxt maraq böyük idi. Kolleksiyaçılar yarımçıq maşına böyük məbləğ təklif edirdilər.
Prototip gələn fevralda Sotbi hərrac evində (ABŞ) satışa çıxarılacaq. Start qiyməti 25 milyon dollar müəyyən edilib.
Vüqar