Mercedes A sinfi ilə vidalaşır SƏBƏB

22.03.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Mercedes şirkəti A sinfindəki modellərin istehsalını dayandırır. 

Avtosfer.az xəbər verir ki, bu sinifdən olan hazırki modellərin istehsal dövrü başa çatdıqdan sonra istehsaldan çıxarılacaq. B sinfindən olan bəzi modelləri də oxşar aqibət gözləyir.

İstehsalçı bu addımını satışların azalması ilə izah edib. Belə ki, A sinfindən olan avtomobillər Avropada populyar olsa da, xarici bazarlarda ciddi maraq doğurmur. Əsas bazar olan Çin və ABŞ-də bu modellərə maraq azdır. 

Ştutqartlı istehsalçı bundan sonra yalnız populyar modellərin istehsalını davam etdirəcək.
Vüqar Yaşaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью