“Mercedes Atego” “Chevrolet”ə çırpıldı, 2 nəfər öldü

31.07.2026

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ucar rayonunda ölümlə bitən qəza olub.

“Yeni Sabah” xəbər verir ki, Bakı-Qazax magistral avtomobil yolunun Qarabörk kəndi ərazisindən keçən hissəsində Anar Şamilzadəin “Mercedes Atego”su yol kənarında dayanan Tural Məmmədov “Chevrolet”inə çırpılıb.

Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq kənarda dayanan 2 piyadanı vurub. pizza hut

Nəticədə piyadalardan biri elə hadisə yerində, minik avtomobilində olan sərnişinlərdən biri isə xəstəxanaya aparılarkən yolda ölüb.

Qəzada ağır bədən xəsarətləri alan Gəncə şəhər sakinləri Elmir Əsgərli, Elnur Fərəcullayev və Tural Məmmədov Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью