Mercedes Benz Çində zavod açır

27.11.2026

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Mercedes-Benz Çində minik avtomobilləri üçün komponentlərin yerli təchizatını və istehsalını təşkil etmək məqsədilə yeni birgə müəssisə yaratmağı planlaşdırır. Bu barədə şirkətin cümə günü Çinin bazar tənzimləyici qurumuna təqdim etdiyi sənəddə bildirilir. Razılaşmaya əsasən, yeni şirkətin səhmlərinin 70 faizi Mercedes-Benz China-ya məxsus olacaq. Alman avtomobil istehsalçısı ilə BAIC-in birgə müəssisəsi olan Beijing Benz isə qalan 30 faizlik paya sahib olacaq. Bəyanatda qeyd olunur ki, hər iki tərəf yeni müəssisəyə birgə nəzarət edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью