Mercedes Benz GLS : Yayın sonunadək 13% lik xüsusi təklif

16.07.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Mercedes-Benz Azerbaijan" lüks "Mercedes-Benz GLS" yolsuzluq avtomobili üçün xüsusi təklif elan edir. 2025-ci il avqustun 31-dək bu nüfuzlu SUV modelini 13% üstünlüklə əldə etmək imkanı yalnız bu yay mövcuddur.

GLS - Yolsuzluq avtomobillərinin "S-Class" modeli kimi tanınır. Model genişlik, güc və qabaqcıl texnologiyaları özündə birləşdirən mükəmməl vəhdətin simvoludur . Avtomobil yeddi tam ölçülü oturacaq yeri təklif edir və hər bir sərnişin üçün yüksək komfort səviyyəsi təmin edir. İncəliklə işlənmiş mühəndislik və materiallar hər detalda özünü göstərir.

"Mercedes-Benz Azerbaijan" "Mercedes-Benz GLS" modelini belə əlverişli şərtlərlə təqdim etməkdən məmnunluğunu ifadə edib. Bu avtomobil sürücülük zövqünün zirvəsidir: "E-ACTIVE BODY CONTROL" adaptiv asqı sistemi və MBUX ağıllı idarəetmə texnologiyası ilə yolda fərqli bir təcrübə yaşadır.

Niyə məhz "Mercedes-Benz GLS"?

- Genişlik və rahatlıq: yeddi sərnişin üçün üç sıra oturacaq, fərdi tənzimləmələr və yüksək səviyyəli materiallar;

- Güc və idarəetmə: 4MATIC tam ötürücü sistemi və güclü mühərriklərlə istənilən şəraitdə əminlik;

- İnnovativ texnologiyalar: qabaqcıl təhlükəsizlik sistemləri və intuitiv MBUX multimediası;

- Çoxfunksionallıq: həm şəhər həyatı, həm də uzun məsafəli səfərlər üçün ideal uyğunluq.

Avtomobillərin sayı məhduddur.

Xüsusi təklif yalnız 2025-ci ilin yay mövsümünün sonunadək qüvvədədir.

"Mercedes-Benz GLS" modelini Azərbaycandakı rəsmi diler mərkəzlərimizdən əldə edə bilərsiniz:

Abşeron Avtomobil Mərkəzi:

Ünvan: Heydər Əliyev pr. 191

Əlaqə: *8885

"Autostar Kaukasus":

Ünvan: Babək pr. 1145

Əlaqə: *5545

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью