“Mercedes” buzlu yolda aşdı 2 nəfər yaralandı Fotolar

22.01.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cəlilabadda yolun buz bağlaması qəzaya səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə yeni Ələt - Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü idarəetməni itirib və “Mercedes” markalı avtomobil sürüşərək yol kənarına aşıb.

Qəza nəticəsində avtomobildə olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov



Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью