Mercedes dəmir arakəsməyə çırpıldı Xəsarət alanlar var

21.07.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

Avtomobilə və yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov  


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью