Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Formula 1 mövsümü üçün "Mercedes"in yeni W17 avtomobilindən şikayətlər artıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bəzi Formula 1 komandaları Beynəlxalq Avtomobil Federasiyasına (FIA) şikayətlərində "Mercedes"in yeni mühərrikinin 2026-cı il qaydalarını pozduğunu iddia ediblər.
Məlumata əsasən, Barselonada test sürüşləri zamanı "Mercedes"in performansı rəqib komandalar arasında şübhələrə səbəb olub: "2026-cı il qaydaları mühərriklərdə sıxılma nisbətini 18:1-dən 16:1-ə endirir. Lakin mühərrik soyuq olduqda götürülən bu ölçü yarış şəraitində istiləşmə və genişlənmənin təsirlərini əhatə etmir. Şikayət edən komandalar "Mercedes"in mühərrik isti olduqda sıxılma nisbətini artıraraq bu boşluqdan istifadə etməsindən narahatdırlar".
"Mercedes"in rəhbəri Toto Volff isə şikayəti rədd edib. O bildirib ki, yeni mühərrik qaydalara tam uyğundur. İtaliyalı rəhbər həmçinin rəqiblərinə "Mercedes"in avtomobilinə deyil, öz işlərinə diqqət yetirməyi tövsiyə edib.
Bu arada "Mercedes"in 2026-cı il avtomobili olan W17 ilk dəfə komandanın Böyük Britaniyadakı qərargahında təqdim olunub. W17 "Mercedes"n əvvəlki avtomobillərindən daha dar və yüngüldür.
Fərid ASLAN
MİA.AZ