Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, “Toyota” və “Mercedes” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Mercedes” yoldan çıxaraq ağaca çırpılıb və aşıb.
İlkin məlumata görə, qəza nəticəsində avtomobildə olan bir qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev