“Mercedes” iki avtomobilin üzərindən uçdu “Kiberpank” effektli qeyri adi qəza VİDEO | Icma…
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Rumıniyanın Oradea şəhərində yerli sakinləri şoka salan qəza baş verib.
Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, sükan arxasında vəziyyəti pisləşən 55 yaşlı sürücü idarəetməni itirib və “Mersedes” markalı avtomobili iki taksinin üzərindən uçurub.
Hadisə yol qovşağında baş verib və təhlükəsizlik kamerasına düşüb.Sürücü avtomobildə sıxışmış vəziyyətdə tapılıb.
Orta dərəcəli xəsarət alan sürücü xəstəxanaya getməkdən imtina edib.
Yerli təhlükəsizlik xidmətinin sözçüsü Alina Butaci bildirib ki, sürücünün həyatı üçün təhlükə yoxdur.Alkoqol və narkotik testləri neqativ çıxan sürücünün diabet krizi qəzaya səbəb olduğu açıqlanıb.Hadisə sosial şəbəkələrdə və yerli KİV-lərdə “kiberpank” effektli qeyri-adi qəza kimi şərh edilib.Cavid, BakuPost Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu