Mercedes lə VAZ 21015 toqquşdu 6 nəfər xəsarət alıb | Icma.az
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq. Ötən gün Beyləqanda baş verən qəzada altı nəfər xəsarət alıb.
APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, qəza rayonun Daşburun qəsəbəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil qarşıdan gələn "VAZ" 21015 markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Onlardan dörd nəfərinin Füzuli rayon sakini, iki nəfəri isə Beyləqan rayon sakini olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu