Mercedes Roma Papasına avtomobil hədiyyə etdi FOTO | Icma.az
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyanın "Mercedes-Benz" şirkəti Roma Papasına avtomobil hədiyyə edib.
Modern.az-ın məlumatına görə, Papa Fransis üçün xüsusi hazırlanan yolsuzluq avtomobili Vatikanda onun özünə təqdim edilib.
Elektrik mühərrikli yolsuzluq avtomobili G 580 "Gelandevagen" markalı maşının əsasında hazırlanıb.
“Popemobile” unikal kuzov dizaynına malikdir. Ağ mirvari rəngdə olan maşın üçqapılı və üstüaçıqdır.
Yaxta göyərtəsinə bənzəyən kuzovun arxa hissəsində Papa üçün xüsusilə rahat fırlanan kreslo və onu müşayiət edənlər üçün iki oturacaq var.
Pis hava şəraitində "Gelandevagen" sərt şəffaf dam örtüyü olan konstruksiya ilə təchiz oluna bilər.
Şirkət bildirib ki, dörd mühərrikli tam ötürücülü sistem pontifikin ictimai çıxışları zamanı xüsusilə aşağı sürətlə hərəkət etmək üçün uyğunlaşdırılıb.
Tam oxu
Xəbəri oxu