“Mercedes” transformatora çırpıldı; arxa hissəsi havaya qalxdı VİDEO

21.09.2026

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı-Astara magistral yolunun Cəlilabad rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 20-də səhər saatlarında “Rizvan Ticarət Mərkəzi”nin yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan 15-BU-070 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı elektrik transformatoruna çırpılıb. Zərbənin təsirindən maşının arxa hissəsi havaya qalxıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

bax.tvhttps://player.bax.tv/embed/227167.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=son-xeberler

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью