Mercedes və Audi toqquşdu Xəsarət alanlar var (FOTO)

02.06.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Xaçmazda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, qəza Xaçmazın girişində qeydə alınıb. Qəzaya səbəb yüksək sürət olduğu bildirilir.

Belə ki, "Mercedes" markalı minik avtomobili qarşı istiqamətdə hərəkətdə olan "Audi" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində 2013-cü il təvəllüdlü Ə.Ələsgərov, 1978-ci il təvəllüdlü Ş. Mövsümov, 2003-cü il təvəllüdlü Ş. Mövsümova və 2005-ci il təvəllüdlü A.Mövsümov xəsarət alıblar. 

Əraziyə təcili tibbi yardım və polis əməkdaşları cəlb ediliblər.

Yaralılar xəstəxanaya çatdırılıb. 

Asiman Qaraca


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью