Avtosfer saytına istinadən Icma.az xəbər verir. BMW elektrikli avtomobil satışlarında Mercedes-Benz Group ilə arasındakı fərqi xeyli artırıb
Mercedes-Benz 2025-ci ildə 2024-cü illə müqayisədə 9 faiz azalma ilə 168 min 800 ədəd tam elektrikli avtomobil (elektromobil) satıb.
Eyni dövrdə BMW-nin elektrikli avtomobil satışı 3,6 faiz artaraq 442 min 72 ədəd olub.
Marja xəbər verir ki, Mercedes-in baş icraçı direktoru Ola Källenius elektrikli avtomobillər sahəsində şirkətin rəqiblərinə çatmağsına çalışır.
2026-cı il Çinli avtomobil istehsalçılarının artan payı, eləcə də Asiya və Avropada istehlakçı etimadının qeyri-sabit qalması fonunda Källenius-un Mercedes-i daha üst seqmentdə mövqeləndirmə strategiyası üçün çətin sınaq olacaq.
2025-ci il G-Seriyası yolsuzluq avtomobilinin rekord satış göstəriciləri kimi bəzi müsbət nəticələr gətirsə də, Mercedes ABŞ-ın tətbiq etdiyi gömrük rüsumları və lüks seqmentə daxil olan Çinli istehsalçıların güclənən rəqabəti ilə mübarizə aparır.
2025-ci ildə Mercedes-in ümumi avtomobil satışı isə 9 faiz azalaraq 1,8 milyon ədədə düşüb.Beləliklə, avtomobil istehsalçısı zəif nəticələrlə yadda qalan daha bir ili geridə qoyub.
Yerli avtomobil markaları ilə rəqabət gücləndiyi halda, Çinə tədarüklər 19 faiz azalıb.