“MercedesBenz “ Roma papası üçün unikal elekromobil hazırlayıb

05.12.2024

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

Vatikan çərşənbə günü Papa I Fransisin Müqəddəs Pyotr meydanında zəvvarları qarşılamaq üçün istifadə edəcəyi yeni üstü açıq, tamamilə elektriklə işləyən Mercedes-Benz “papamobil”ini təqdim edib. 


Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Alman şirkətinin orta ölçülü dəbdəbəli SUV G-Class-ın dəyişdirilmiş versiyası olan avtomobil I Fransisk üçün qaldırılmış oturacaqla təchiz edilib ki, izdiham Papanı daha çox görmək şansına malik olsun. “Papamobil” ağ rəngdədir və qızdırılan oturacaq , eləcə də Papanın avtomobildə dayanarkən tarazlığını qorumaq üçün istifadə edə biləcəyi tutacaqlara malikdir. 

Mercedes-Benz Qrupunun sədri və baş icraçı direktoru Sten Ola Källenius Reuters-ə deyib: "Hər bir detal mükəmməldir". 

O, təkrarolunmaz papa avtomobilini yaratmaq üçün "yüzlərlə saatlıq iş" lazım olduğunu söyləyib. 

Elcan
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью