“Mercedes”də yaranan nasazlığa görə prospektdə sıxlıq yarandı VİDEO

10.06.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu gün səhər saatlarında paytaxtda avtomobildə yaranan nasazlıq nəqliyyatın hərəkətində problem yaradıb.
Avtosfer.az xəbər verir ki, paytaxtın Yasamal rayonu İnşaatçılar prospektində avtomobil hərəkətdə olan zaman qəfil təkərdən səs gəlib. 90-GD-936 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin şinlərində yaranan problem sürücünün qəfil tormozlama etməsinə səbəb olub. Nəticədə, sürücü avtomobili yolun ortasında saxlayıb və nəqliyyat vasitəsindəki sərnişinləri düşürməli olub.
Yaranan problemlə bağlı ərazidə uzun müddət sıxlıq yaranıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.


 

Fidan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью