“Mercedes”lə toqquşan “Changan” obyektin qarşısındakı səkiyə çıxdı VİDEO

16.12.2025

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Sabirabad rayonu ərazisində yol-nəqliyyat hadisəs baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza dekabrın 15-də səhər saatlarında Heydər Həmidov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı avtomobil, “Changan” markalı maşınla toqquşub. Zərbənin təsirindən “Changan” yol kənarındakı səkiyə çıxıb. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью