“Mercedes”lə “VAZ” toqquşdu, bir nəfər yaralandı VİDEO

08.04.2025

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 7-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 99-OU-286 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşın, “Mercedes” markalı avtomobillə toqquşub. Hadisə zamanı hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib, “VAZ”da olan sərnişinlərdən biri xəsarət alıb.

Qeyd edək ki, hadisə yerinə DYP əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью