Mərdan bunun üçün “Zəfər meydanı” oxudu Video

05.06.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Müğənni Mərdan Kazımov Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının bağlanış mərasimində çıxış edib.

Axşam.az xəbər verir ki, Gimnastika Arenasında təşkil olunan tədbirdə Mərdan Kazımov da yer alıb. 

O, dünya çempionatı üçün özəl lentə aldırdığı “Zəfər meydanı” mahnısını təqdim edib.

“Minifutbol üzrə dünya çempionatının bağlanış mərasimində sırf bu yarışa özəl milli komandamıza həsr etdiyimiz “Zəfər Meydanı” adlı mahnımızla performans göstərdik. Şükürlər olsun ki, dünya çempionluğu bizə qismət oldu” deyə, ifaşı bildirib. 
O, “Gəl, ey səhər” mahnısını da ifa edib. Onun çıxışı tamaşaçıların alqışları ilə qarşılanıb. 

Qeyd edək ki, 32 ölkənin iştirak etdiyi bu mötəbər turnir hər ölkənin idman kanalında canlı yayımlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью