Mərdan Hüseynova 17 il həbs cəzası verildi FOTO

19.11.2025

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Təqsirləndirilən şəxs məhkəmədə əməlini boynuna alıb. Deyib ki, həmin 6 yaşlı zərərçəkmiş qapı bir qonşusunun övladıdır. Ona qarşı 3 dəfə seksual xarakterli hərəkətlər edib. M. Hüseynov əməlindən peşman olduğunu da əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью