Mərdəkan qalası təmir olunacaq

31.10.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Mərdəkan qalasının bərpa işləri ilə bağlı layihə həyata keçirəcək.

Axar.az xəbər verir ki, bunu Report-a müsahibəsində TİKA-nın sədri Abdullah Ərən deyib.

O bildirib ki, oktyabrın 29-u Mərdəkan qəsəbəsini ziyarət ediblər:

"Orada Şirvanşahlar dövründən qalan böyük Mərdəkan qalası var. TİKA həmin qalada bərpa işləri ilə bağlı layihə həyata keçirəcək. Ümumilikdə TİKA-nın indiyədək Azərbaycanda həyata keçirdiyi layihələrin maliyyə dəyəri təxminən 50 milyon dollar olub".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью