Mərdəkan şosesində yol qəzası olub, mərkəz istiqamətində sıxlıq var

10.11.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 noyabr, AZƏRTAC

Paytaxtın Xəzər rayonu, Mərdəkan şosesində baş verən yol-nəqliyyat hadisəsi səbəbindən mərkəz istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью