Mərdəkan və Yevlax fərqi

26.10.2026

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasında IX turun oyunlarını izləyən azarkeş sayları məlum olub.

Futbolpress.az xəbər verir ki, ən yüksək göstərici Mərdəkanda qeydə alınıb. “Sabah Arena”da baş tutan “Sabah” – “Qarabağ” matçını 5180 azarkeş tribunadan izləyib.

Ən aşağı göstərici isə Yevlaxda olub. “İmişli”nin “Şamaxı”ya qalib gəldiyi görüşdə tribunalarda 200 tamaşaçı yer alıb.

Misli Premyer Liqasında turun oyunlarını izləyən azarkeş sayı:

Araz-Naxçıvan – Qəbələ 1:2 (300 tamaşaçı)
Zirə – Sumqayıt 3:2 (800 tamaşaçı)
Şəfa – Kəpəz 1:2 (400 amaşaçı)
Neftçi – Turan Tovuz 1:1 (4460 tamaşaçı)
İmişli – Şamaxı 2:1 (200 tamaşaçı)
Sabah – Qarabağ 0:0 (5180 tamaşaçı).

Qeyd: Rəqəmlər Peşəkar Futbol Liqasının rəsmi oyun protokollarından götürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью