Mərdəkanda 1 nəfər dənizdə batdı

22.07.2025

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Xəzər rayonu Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, məlumatla əlaqədar dalğıc-xilasedicilər axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью