Mərdəkanda avrokuboklara iddialıların dueli

18.04.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında 31-ci tur start götürəcək. Sport24.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma baş tutacaq.

"Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək.

Hazırda turnir cədvəlində Naxçıvan klubu 52 xalla 3-cü, Tovuz təmsilçisi isə 47 xalla 4-cüdür.

Qeyd edək ki, bu komandalar arasında əvvəlki 3 dövrənin matçlarında 2 dəfə "Araz-Naxçıvan" (2:1, 1:0), 1 dəfə isə "Turan Tovuz" qələbə (1:0) qazanıb.

Misli Premyer Liqası

IV dövrə, XXXI tur

19:00. "Araz-Naxçıvan" - "Turan Tovuz" Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Azər Əsgərov
"Liv Bona Dea Arena",

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью