Mərdəkanda dənizdə batdığı ehtimal edilən Vüsalın axtarışına başlanılıb

07.07.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dünən axşam saatlarında batdığı ehtimal edilən 16 yaşlı oğlanın axtarışına başlanılıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Hazırda 2010-cu il təvəllüdlü Vüsal Arif oğlu Hümbətovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью