Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Buzovna–Mərdəkan yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza iyulun 30-da axşam saatlarında “Təzə yol” adlanan ərazidə qeydə alınıb. Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili sürücünün idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.
Nəticədə avtomobilə ciddi ziyan dəyib və nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. Qəza zamanı sürücü yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.
Nərmin