Icma.az bildirir, Avtosfer portalına istinadən.
Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza bir neçə gün əvvəl günorta saatlarında qeydə alınıb. Belə ki, 10-XZ-125 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil, 77-GN-957 dövlət nömrə nişanlı “VAZ-2107” markalı maşınla toqquşub. Hadisə şahidlərinin iddiasına əsasən, qəzaya səbəb yüksək sürət həddi olub. Zərbənin təsirindən “VAZ” aşıb, digər nəqliyyat vasitəsinə də maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Qeyd edək ki, faktla bağlı araşdırma davam edir.
Nərmin