Mərdəkanda qəfil manevr edən sürücü qəza şəraiti yaratdı VİDEO

01.09.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 31-də axşam saatlarında Sergey Yesenin küçəsində qeydə alınıb.

Videodan göründüyü kimi, 77-NS-053 dövlət nömrə nişanlı “Chevrolet” markalı avtomobilin sürücüsü hərəkətdə olduğu zolaqdan qəfil sola manevr edib. Bu zaman o, sol zolaqda hərəkətdə olan avtomobilə qəza şəraiti yaradıb.

Təhlükə ilə üzləşən digər sürücü siqnal verərək ona xəbərdarlıq edib. Bundan sonra “Chevrolet”in sürücüsü yenidən öz zolağına qayıdaraq hərəkətini davam etdirib.

Qeyd edək ki, görüntüləri sosial şəbəkə hesabında paylaşan sürücü avtomobilinin cızıldığını da bildirib.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью