Mərdəkanda qəfil sağdan çıxan sürücü avtomobili vurdu ANBAAN VİDEO

18.02.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində kobud qayda pozan sürücü qəzaya səbəb olub. 

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 16-da saat 08:45 radələrində Sergey Yesenin küçəsində qeydə alınıb.

Kadrlardan göründüyü kimi, 77-QZ-995 dövlət nömrə nişanlı “Ford” markalı avtomobilin sürücüsü hərəkətdə olan maşına məhəl qoymadan qəfil sağdan ötməyə cəhd edib.

Nəticədə o, görüntünü qeydə alan avtomobili vurub.

Xoşbəxtlikdən ağır qəza baş verməsə də, avtomobilə maddi ziyan dəyib.

Qeyd edək ki, sağdan ötmək yol hərəkəti qaydalarına ziddir və qəza riskini artırır. Sürücülər ötmə manevrlərini yalnız sol tərəfdən və təhlükəsiz şəraitdə etməlidirlər.

Nərmin

Oxunub 188

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью