Mərdəkanda turun mərkəzi oyunu

08.03.2025

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasının 26-cı tura start veriləcək. 

QOL.az xəbər verir ki, ilk gündə bir matç keçiriləcək. 

Turun mərkəzi oyununda “Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edəcək. 

Hazırda Ağdam klubu 60 xalla çempionatın vahid lideridir. Son 5 turda qələbə qazana bilməyən Naxçıvan təmsilçisi isə 46 xalla turnir cədvəlində üçüncüdür. 

Cari mövsüm bu komandaların qarşıdurmalarında “Qarabağ”ın üstünlüyü var. İlk dövrədə rəqibini 4:1 hesabı ilə hesabı ilə məğlub edən Qurban Qurbanovun komandası ikinci görüşdə də 3 xalı 2 cavabsız qolla qazanıb. 

Qeyd edək ki, turun digər oyunları martın 9-da və 10-da keçiriləcək. 

Misli Premyer Liqası, 26-cı tur

8 mart

19:00. “Araz-Naxçıvan” - “Qarabağ”
Hakimlər:
Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
"Liv Bona Dea Arena"

9 mart

15:00. “Şamaxı” - “Sabah”

17:30. “Zirə” - “Səbail”

10 mart

17:00. “Sumqayıt” – “Kəpəz”

19:30. “Neftçi” - “Turan Tovuz”

Bombardirlər:

Leandro Anderade ("Qarabağ") - 10 qol

Cesse Sekidika ("Sabah") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 8 qol

Felipe Santos ("Araz Naxçıvan") - 8 qol

Davit Volkov ("Zirə") - 8 qol

Salifu Suma ("Zirə") - 8 qol

Pavol Şafranko ("Sabah") - 7 qol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью