Mərdəkanda uşaqlar yük avtomobillərini daşa basıblar VİDEO

17.11.2026

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Mərdəkan yolunda bir neçə uşaq daşla yük avtomobillərinin şüşələrini sındırıblar.

Avtosfer.az xəbər verir ki, bununla bağlı Oxu.Az-a həmin yük avtomobillərinin sürücüləri məlumat veriblər.

Onlar deyiblər ki, axşam saatlarında bir neçə uşaq yoldan keçən yük avtomobillərinə daş atır.

Bu cür hallarla tez-tez rastlaşdıqlarını deyən sürücülər onu da bildiriblər ki, həmin atılan daşlar idarə etdikləri nəqliyyat vasitələrinin şüşələrinə və güzgülərinə dəyib, sındırıb.

Bu hadisə səbəbindən həm ziyana düşdüklərini, həmçinin qəza şəraiti yarandığını qeyd ediblər.

Sürücülər məsələ ilə bağlı zəruri tədbirlərin görülməsini istəyirlər.
 

bax.tvhttps://bax.tv/embed/228922.html

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью