Mərdəkanda zəncirvari qəza 3 maşın toqquşdu VİDEO

26.09.2025

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentyabrın 25-də günorta saatlarında Makaron fabrikinin yaxınlığında qeydə alınıb. Belə ki, hərəkətdə olan “KIA” markalı, 77-XE-414 dövlət nömrə nişanlı “KIA” markalı və 90-CU-544 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər üç minik vasitəsinə maddi ziyan dəyib. Sürücülər arasında xəsarət alan olmayıb.

Qeyd edək ki, qəzadan sonra yolda bir müddət sıxlıq yaranıb. 

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью