Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim... Ümid Yaşar Oğuzcan

04.11.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün tanınmış türk şair Ümit Yaşar Oğuzcanın doğum günüdür.

Kulis.az onun şeirini təqdim edir.

Mən sənin ən çox səsini sevdim

Çox vaxt buğlanan təzə bir çörək kimi

Əvvəl eşqə çağıran, sonra dincəldən

Mənə hər zaman dost, hər zaman sevgili...

Mən sənin ən çox əllərini sevdim

Bir bulaq sərinliyində, balaca və ağappaq

Çox gözəlliklər gördüm yer üzündə

Ən gözəli bir səhər əllərinlə oyanmaq...


Mən sənin ən çox gözlərini sevdim,

Kimi uşaqcasına mavi, gah inadına yaşıl

Aydınlıqlar, salamatlıqlar, xoşbəxtliklər

Heç biri gözlərin qədər mənalı deyil...

Mən sənin ən çox gülüşünü sevdim

Sevindirən, içimdə ümid çiçəkləri açdıran

Unutdurur mənə birdən acıları, çətinlikləri

Dünyam işıqlanır sən güləndə...

Mən sənin ən çox davranışlarını sevdim

Acizə mərhəmətini, zalıma müqavimətini,

Haqsızlıqlar, zorakılıqlar qarşısında -

Vəhşi və məğrur dişi qaplana dönməyini...


Mən sənin ən çox sevgi dolu ürəyini sevdim

Bütün uşaqlara qanad gərən analığını

Neçə sevgilərin pula satıldığı bir dünyada

Sənsən, hər şeydən üstün tutan sevgini...

Mən sənin ən çox mənə təsirini sevdim

Məndə yenidən var olmağını, mənimlə bütövləşməyini

Mərdliyini, yalansızlığını, dupduruluğunu sevdim

Mən səni sevdim, mən səni sevdim, mən səni...

Dilimizə uyğunlaşdırdı: Sevinc Mürvətqızı

Avropa animasiyasının ən yaxşıları seçildi: “Living Large” və “Dog Alone” fərqləndi Vestminster abbatlığındakı sirr: qədim Roma tabutunda orta əsr din xadimi dəfn edilibmiş Hollivudun klassik "kino qalası" təhlükə altındadır? - “TCM”in gələcəyi sual doğurur
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью