Mərhəmət gecəsi adlı xeyriyyə tədbiri keçiriləcək

02.03.2026

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Autizmli, əlilliyi olan uşaqların və valideyn himayəsindən məhrum olan azyaşlıların iştirakı ilə "Mərhəmət gecəsi" adlı xeyriyyə tədbiri keçiriləcək.
Bu barədə məlumatı Newscenter.az-a "Ümid Yeri" Uşaq sığınacağının rəhbəri Nigar Mənsimli verib. Bildirib ki, məqsəd həssas qruplardan olan uşaqlarda xoş ovqat yaratmaq, onları Novruz bayramı öncəsi sevindirməkdir.
Qeyd edək ki, tədbirdə uşaqların hər il səbrsizliklə gözlədiyi Novruz personajlarının da iştirakı nəzərdə tutulur. Onlar maraqlı əhvalatları, oyunları ilə uşaqların sevincinə əlavə sevinc qatacaqlar.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью