Mərhum babasına görə dubl etdi

31.08.2025

Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.

Rusiyanın "Rubin" klubunun hücumçusu Mirlind Daku yerli çempionatın 7-ci turunda "Orenburq"la oyunda (2:2) 2 qol vuraraq dubl edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, klubun açıqlamasındakı məlumata görə, futbolçu qolları 29 avqustda vəfat edən babasına həsr edib.

27 yaşlı albaniyalı futbolçu oyun zamanı üzərində mərhum babası ilə birgə şəkli olan ikinci futbolka geyinib. Daku qolları 16-cı və 34-cü dəqiqələrdə vurub.

“Biz səninləyik, Mirlind!” — deyə “Rubin”in mətbuat xidməti bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью