Icma.az, Bizimyol saytına istinadən bildirir. Gəncədə mərhum Qarabağ qazisinin həyat yoldaşı dələduzluğa məruz qalıb.
Bizimyol.info xəbər verir ki, Qarabağ qazisinin xanımı mərhum ərinə görə avtomobil, 2 otaqlı mənzil veriləcəyi vədləri ilə aldadılaraq, bir neçə dəfə onun pulunu ələ keçiriblər.
Ona qarşı dələduzluq edən şəxs Şəki rayonu, Böyük Dəhnə kənd sakini Elnur adlı şəxs zərərçəkmişlə danışıq zamanı özünü Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı kimi təqdim edib.
Nəcibə xanıma deyib ki, vəfat etmiş əri Qarabağ qazisi olduğu üçün onun ailəsinə avtomobil düşür, bu məsələdə onlara kömək edə bilər: Qadın da ona inanıb.
Onunla Gəncədə Mərkəzi Univermağın yanında görüşərək, “Naz Lifan” narkalı avtomobil alınmasında yardım üçün istədiyi 3000 manatı verib.
Daha sonra bildirib ki, mərhum həyat yoldaşına görə sosial ev də ala bilər. 5000 manat da bu məqsədlə istəyib və alıb.
Ardınca daha 1000 manat alınıb. Təqsirləndirilən şəxs inandırıcı olsun deyə, Gəncədə kirayə ev tutub, həmin evə Nəcibə xanımı apararaq yalan
Bu səbəblə evin açarını ona vermədiyini söyləyib. O, himayəsində 4 övladı olduğunu, vərəm xəstəliyindən əziyyət çəkdiyini və Nəcibə xanımdam