Icma.az, Mia.az portalına istinadən məlumat yayır. Məclisin sabiq əməkdaşı Rauf Həşimov vəfat edib.
Məlumata görə, çərhumun üç-yeddi mərasimi bazar günü 6-cı mikrorayondakı "İmam Əli" məscidində veriləcək.Qeyd edək ki, Rauf Həşimov 1996-2001-ci illərdə parlamentin spikeri olmuş Murtuz Ələsgərovun köməkçisi işləyib.Daha sonra IV çağırış Milli Məclisin (2010-2015) İmişlidən olan deputatı Əsabil Qasımovun köməkçisi vəzifəsində çalışıb.Rauf Həşimov 1953-cü ildə İmişli rayonunda ziyalı ailəsində anadan olub.
Orta məktəbi bitirəndən sonra, 1971-ci ildə Azərbaycan Texniki Universitetinin Avtonəqliyyat fakültəsinə daxil olub.Uzun müddət 5 nömrəli taksimator parkında vəzifə tutub.
1996-cı ildən 2019 -cu ilə kimi Milli Məclisdə müxtəlif işlərdə çalışıb.Allah rəhmət eləsin!
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.