Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Uzun illərdi İsveçrəyə köçən azərbaycanlı "Miss millenium" gözəli Validə Abbasova bir neçə gün əvvəl dünyasını dəyişən məşhur dizayner Valentino Qaravani ilə fotosunu paylaşıb.
Axşam.az xəbər verir ki, keçmiş model onunla bağlı xatirəsini bölüşüb.
V.Abbasova bildirib ki, modelyerlə dpstliqları olub: "Şübhəsiz ki, o, sözün hər mənasında gözəl bir həyat yaşadı.
Tanrının verdiyi xüsusi istedadla işıqla dolu bir həyat yaşadı. Bunu zövq, uçuş, formalar və çalarlarla ifadə olunan musiqi adlandırıram.
Bütün bunların təməlində qırmızı, həyatın rəngi, ehtirasın rəngi və "Valentino"nun rəngi dayanır.
Qırmızı - o qədər zəngin, o qədər dərin, alov kimi bir brend.
O, yaradıcılığı, zərifliyi təcəssüm etdirən sənəti vasitəsilə neçə ürək qırdı və nə qədər xoşbəxtlik anı verdi.