Merih Demiral gələcəyi ilə bağlı danışdı

03.11.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Səudiyyə Ərəbistanının “Al-Ahli” komandasının müdafiəçisi Merih Demiral müqaviləsinin mövsüm sonunda başa çatmasından sonra karyera seçimi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

İdman.Biz xəbər verir ki, futbolçu gələcəyi ilə bağlı “A Bola” nəşrinə danışıb.

“Səudiyyə Ərəbistanında çox xoşbəxtəm. Bu layihənin ilk parçalarından biri olmaq və prosesin irəlilədiyini görmək məni sevindirir. Transfer zamanı bizə deyilənlərin hamısı yavaş-yavaş nəticə verir. Burada xoşbəxtəm, amma futbol dünyasında gələcəkdə nə olacağını heç vaxt əvvəlcədən bilmək olmur”, - deyə Demiral bildirib.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi ilə “Fənərbağça”, həmçinin Portuqaliya və İtaliya klubları maraqlanır.

Demiral “Al-Ahli” formasında indiyədək 78 oyuna çıxıb və 3 qol, 4 assist ilə yadda qalıb. Onun hazırkı bazar dəyəri 13 milyon avro kimi göstərilir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью