Merih “Fənərbaxça”nın gündəmində deyil KONKRET

01.12.2024

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunda çıxış edən Merih Demiralın “Fənərbaxça”ya keçidi ilə bağlı yeni məlumatlar yayılıb.

KONKRET.az xəbər verir ki, transferin qarşısında iki əsas maneə dayandığı məlum olub.

Məlumata görə, səbəblərdən birinin 26 yaşlı müdafiəçinin solaxay olmaması, digərinin isə maaşının illik 10 milyon avro olmasıdır.

Bundan başqa, İstanbul nəhəngi müdafiəçi axtarışına davam etsə də, Merih Dəmiralın gündəmlərində olmadığı bildirilib. Klub topu sol ayaqla idarə edən müdafiəçi axtarışlarındadır.

Qeyd edək ki, müdafiəçinin Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью