Merilin Monronun evi satışa çıxdı

20.02.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

Hollivudun əfsanəvi aktrisalarından biri olan Merilin Monronun Palm Sprinqsdəki keçmiş evi satışa çıxarılıb.

Lent.az xəbər verir ki, aktrisanın 1960-cı illərin əvvəllərində yaşadığı və hazırda Nik Adlerə məxsus olan ev 3,3 milyon dollara satışa çıxarılıb.

Dağ mənzərəli üç min kvadrat metrlik ərazidə yerləşən evdə 4 yataq otağı, 4 vanna otağı, əyləncə zonaları və şəxsi hovuz var. Monronun bir vaxtlar yaşadığı ev Palm Sprinqsin Vista Las Palmas məhəlləsində yerləşir.

Qeyd edək ki, Monro 4 avqust 1962-ci ildə, 36 yaşında Los-Ancelesdəki evində ifrat dozada dərman preparatı qəbul etdiyi üçün vəfat edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью