Merinonun yolu ilə...

29.04.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Martin Subimendi “Arsenal”ın transfer hədəfinə düşüb. O, böyük ehtimalla yayda klubunu dəyişəcək.
"Football-plus.az" xəbər verir ki, “Real Sosyedad”ın oyunçusunun İngiltərə klubuna keçməyə çox yaxın olduğu bildirilib.
ESPN-in yaydığı məlumata görə, yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlar sona çatmaq üzrədi. London klubunun ispaniyalı futbolçuya görə 60 milyon avro xərcə düşəcəyi gözlənilir.
Yeri gəlmişkən, “Arsenal” ötən yay “Real Sosyedad”ın digər oyunçusu Mikel Merinonu sıralarına qatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью