MERİYA çox passiv qaldı: Ekstremal hava şəraitində əskiklərimiz çox göründü | Icma.az
Icma.az, Sherg.az portalına istinadən məlumat verir. “Mən könüllüyəm” deyən hər vətəndaşın da selin, tufanın olduğu ərazilərə girməsinə icaz
Qısa müddət ərzində yağan intensiv yağıntılar bəzi ərazilərdə nəqliyyatın hərəkətinə və piyadaların sərbəst keçidinə çətinliklər yaradıb.
Lakin vəziyyətə dərhal müdaxilə edən Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları operativ və fədakar xidmətləri ilə fəsadların dərinləşməsinin qarşısını alıblar.FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gecə saatlarınadək su basmış ərazilərdə nasosların quraşdırılması, avtomobillərdə qalan insanların təxliyəsi, binaların zirzəmilərindən suyun çəkilməsi işlərini həyata keçiriblər.
Nazirliyin “112” qaynar xəttinə yüzlərlə zəng daxil olduğu, bu çağırışlara vaxtında reaksiya verildiyi bildirilib.Daxili İşlər Nazirliyinin Yol Patrul Xidmətinin əməkdaşları əsas yollarda nəqliyyatın hərəkətini nizamlayıb, suyun yüksək olduğu sahələrə avtomobillərin daxil olmasının qarşısını alıblar.
Eyni zamanda, çətin vəziyyətdə qalan sürücülərə texniki və fiziki yardım göstərilib.Güclü yağış, operativ reaksiya: FHN və polisdən fədakar xidmətGüclü yağış zamanı Fövqəladə Hallar Nazirliyi (FHN) və Daxili İşlər Nazirliyinin (polis) əməkdaşları tərəfindən göstərilən fədakarlıq, fövqəladə hallara operativ cavab və vətəndaşların təhlükəsizliyinin təmin olunması baxımından olduqca əhəmiyyətli idi.
Bu hadisə, dövlət qurumlarının ekstremal hava şəraitində koordinasiyalı fəaliyyətini və peşəkarlığını bir daha nümayiş etdirdi.Güclü yağıntıların yaratdığı fəsadlara baxmayaraq, dövlət qurumlarının fədakar fəaliyyəti bir daha göstərdi ki, fövqəladə vəziyyətlərdə çevik və koordinasiyalı yanaşma sayəsində insan həyatı və təhlükəsizlik ön planda saxlanılır.Yağışdan təsirlənən sakinlər sosial şəbəkələrdə paylaşdıqları görüntülərlə FHN və polis əməkdaşlarının su dolu küçələrdə fiziki olaraq insanlara yardım etdiklərini əks etdiriblər.
Bəzi hallarda çiyinlərində uşaq daşıyan polis əməkdaşlarının görüntüləri cəmiyyət tərəfindən rəğbətlə qarşılanıb.Qeyd edək ki, belə vəziyyətlərdə təkcə dövlət qurumlarının deyil, könüllü xilasedicilərin də cəmiyyətin təhlükəsizliyinə verdiyi töhfə xüsusi qeyd olunur.
Bildirilir ki, fövqəladə hallar zamanı yalnız peşəkar qüvvələrə arxalanmaq yetərli olmaya bilər.
Tam oxu
Xəbəri oxu