Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Radikal millətçi “Almaniya üçün Alternativ” (AfD) Partiyasının Saksoniya-Anxalt əyalətinin parlamentinə keçirilən seçkilərdə qələbəsi Almaniyanın sabiq kansleri Angela Merkeli şoka salıb.
Moderator.az xəbər verir ki, buna baxmayaraq, sabiq kansler digər Almaniya partiyalarının hamısının AfD ilə əməkdaşlıqdan imtina edərək, onu təcrid etmək siyasətini tənqid edib.
“Bunu mən icad etməmişəm və bu, mənim heç də xoşuma gəlmir. Axı bununla insanları inandırmaq mümkün deyil. Mən siyasətçi kimi bu ölkə üçün nə istədiyimi deməliyəm”, - Merkel bildirib.
Keçmiş kansler izah edib ki, partiyalar AfD ilə əməkdaşlıqdan imtina etmək əvəzinə, proqramlarının konkret məqsədlərini açıqlamalıdır, bununla da AfD ilə birgə fəaliyyət istisna edilmiş olar.
Angela Merkelin fikrincə, digər partiyalar ancaq AfD-yə fokuslanmaqdan əl çəkməlidirlər. Keçmiş hökumət başçısı müasir media məkanının yaratdığı çağırışlara da diqqət çəkərək bildirib ki, insanlar sosial şəbəkələrdə getdikcə daha çox fərdiləşdirilmiş xəbərlər oxuyurlar və buna görə də artıq hamının istifadə etdiyi vahid informasiya məkanı mövcud deyil.
O əlavə edib ki, AfD bu mexanizmlərdən öz xeyrinə daha yaxşı istifadə edir.