Merkel ən çox hansı siyasətçi üçün darıxdığını AÇIQLAYIB

28.11.2024

Azpost saytına istinadən Icma.az xəbər verir.

Almaniyanın keçmiş kansleri Angela Merkel Fransa prezidenti Emmanuel Makronla görüşləri üçün darıxdığını deyib.

Azpost.info xəbər verir ki, Merkel bu barədə “Le Point” jurnalına müsahibəsində danışıb.

“Həqiqətən darıxdığım şey prezident Makron da daxil olmaqla müəyyən insanlarla görüşməkdir”, – sabiq kansler qeyd edib.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp haqqında danışan Merkel onunla işləməyin streslə müşayiət olunduğunu deyib. Keçmiş kanslerin sözlərinə görə, o, Almaniyanın maraqlarını müdafiə etmək üçün çox səy göstərməli olurdu.

Azpost.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью