Merkel onun kansler olmasını istəyir

25.12.2024

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Almaniyanın keçmiş kansleri Angela Merkel (2005-2021-ci illərdə) Xristian Demokratik İttifaqının (CDU) lideri Fridrix Mertsə qarşıdan gələn hökumət başçısı seçkilərində qələbə arzulayıb.

"Unikal" xəbər verir ki, Merkel Mertsin kansler olmasnı istəyir.

"Fridrix Mertsə uğurlar arzulayıram. O, bu məqsədinə çatmaq üçün - kansler postuna namizəd olmaq üçün uzun müddət çalışdı. Mən də ona yaxşı seçki kampaniyası aparmaq üçün güc arzulayıram", - deyə Merkel bildirib.

Onun sözlərinə görə, siyasətçilər əhalini narahat edən mövzulara diqqət yetirməlidirlər. Hazırda Almaniya üçün bunlar iqtisadi məsələlərdir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью