Merkel “Şimal axını 2”nin tikintisini təsdiqləmək qərarına görə peşman deyil

26.11.2024

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Almaniyanın keçmiş kansleri Angela Merkel Vaşinqtonun iradəsinə zidd olaraq “Şimal axını 2” qaz kəmərinin tikintisinə razılıq verdiyinə görə təəssüflənmir.

Bizimyol.info xəbər verir ki, o, bu barədə BBC-yə müsahibəsində bildirib.

“Xeyr, peşman deyiləm. Biz, təbii ki, Ukrayna və ABŞ-dan gələn bu xəbərdarlıqlara diqqət yetirdik və mən onları dinlədim. O vaxt heç kim Rusiya qazının ixracını tamamilə dayandırmaqdan danışmırdı. Donald Tramp Ağ Evi tərk etdikdən sonra biz prezident Co Baydenlə razılığa gəldik ki, biz “Şimal axını 2”dən yalnız enerji resurslarından silah kimi istifadə olunmayacağı təqdirdə istifadəyə başlayacağıq. Və o, bu razılaşmanı düzgün hesab etdi və nəticədə “Şimal axını 2” ilə qaz heç vaxt axmadı”, - deyə Merkel bildirib. O, Rusiya qazından imtinanın Almaniya üçün “ciddi iqtisadi zərbə” olduğunu etiraf edib.

Müsahibədə Merkel həmçinin təkrar edib ki, “vaxt gələcək ki, Ukraynada davam edən münaqişəyə son qoymaq üçün diplomatiyaya əl atmaq lazım gələcək”. Eyni zamanda, o, Moskva ilə danışıqlara başlamaq üçün dəqiq vaxtın nə vaxt gələcəyini proqnozlaşdıra bilməyəcəyini vurğulayıb. Merkelin fikrincə, Qərb müttəfiqlərinin məqsədi Ukraynanın suverenliyini qorumaq olmalıdır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью