Merkel siyasətçilərə Trampla əlaqədar məsləhətlərini açıqlayıb

24.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Siyasətçilər ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampla danışıqlar zamanı “səmimi olmalı” və onun arqumentlərinə qulaq asmalıdırlar.

Bunu Almaniyanın sabiq kansleri Angela Merkel “The Times” qəzetinə müsahibəsində bildirib.

Donald Trampla danışıqlarda siyasətçilərə özlərini nə çox mehriban, nə də çox sərt olmamağı, olduqları kimi davranmalarını məsləhət görən Angela Merkel onların vəziyyətdən ən yaxşı şəkildə istifadə etməsini vacib sayıb:

“Ən əsası da qorxmayın”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью